Ötən ilin yayında "Zirə"dən ayrılaraq "Voluntari"yə keçən qanalı hücumçu bu günlərdə azad agent kimi, paytaxt klubuna qayıdıb. O, Qana mətbuatına qısa açıqlamasında sevimli komandasına döndüyünü söyləyib.

"Yenidən evimə, "Zirə"yə qayıtdığım üçün xoşbəxtəm". Matc.az saytının məlumatına görə, bunu "Zirə"nin yeni transferi Riçard Qadze deyib.

ötən ilin yayında "Zirə"dən ayrılaraq "Voluntari"yə keçən qanalı hücumçu bu günlərdə azad agent kimi, paytaxt klubuna qayıdıb. O, Qana mətbuatına qısa açıqlamasında sevimli komandasına döndüyünü söyləyib: "Zirə"yə Premyer Liqada uğurlu çıxış üçün kömək etməyə hazıram. Burda yenə çox gözəl qarşılandım. ümid edirəm ki, artıq növbəti turdan şans qazancam və komandamın daha yaxşı nəticələrinə kömək edə biləcəm".

Qeyd edək ki, Riçard Qadze "Zirə" ilə 1+1 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest