Birinci Liqada çıxış edən "Harmony hotel" komandasının adı dəyişdirilib. Matc.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Futzal Federasiyası yayıb.

Bildirilir ki, klub rəhbərliyi federasiyaya müraciət edərək növbəti oyunlardan "AjaxBaku" adı altında çıxış edəcəyini bildirib.

İkinci Liqa təmsilçisi "ASCO Dənizçi" adından isə ASCO hissəsi çıxarılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest