Dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan millisinin bu gündən Bakı şəhərində təlim-məşq toplanışı başlayıb. Matc.az xəbər verir ki, toplanışa 20 oyunçu dəvət edilib.

Yığmaya çağırılan futzalçıların siyahısı və qrup oyunlarının təqvimi belədi:

Millinin heyəti: Rövşən Hüseyinli, Kamran Hacıyev, Nihad İsmayılov, Xətai Bağırov, İsa Atayev, Rizvan Fərzəliyev, Ramiz çövdarov, Hadi Ahmadi, Vahid Shafiei, Amir Shojaei (hamısı "Araz Naxçıvan"), Elnur Zamanov, Oktay Rüstəmli (hər ikisi "Neftçi" İK), Vitali Borisov ("Marafon"), Faiq Əliyev (EKOL), Teles Martins Tyago ("Norlisk Nikel", Rusiya), Kardoso Everton ("Levante", İspaniya), Melo Borqes Eduardo ("ACCS Futsal", Fransa), Oliveira Do Naşimento Villiams ("Alarabi Sportinq Klub", Küveyt), Karvalyo Vilela dos Santos ("Kopaqril Futsal", Braziliya), Eshagh Soorghali (klubsuz).

 

Oyunların təqvimi

23 oktyabr

17:00. Slovakiya – Monteneqro

20:00. Azərbaycan – Moldova

24 oktyabr

17:00. Moldova – Slovakiya

20:00. Azərbaycan – Monteneqro

26 oktyabr

17:00. Monteneqro – Moldova

20:00. Slovakiya – Azərbaycan

 

Qeyd edək ki, qrupun bütün oyunları Bakı İdman Sarayında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest