İtaliyanın "Udineze" klubu futbolçusu Rodriqo De Paulun müqaviləsinin müddətini uzadıb. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi 25 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentina millisinin də formasını geyinən Rodriqonun əvvəlki müqaviləsi 2023-cü ilin yayına qədər idi. Yarımmüdafiəçi 2016-cı ildən "Udineze"də forma geyinir.
 
Rodriqo bu mövsüm A Seriyasında 4 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest