"Eləcə də oğlumun guya Türkiyədəki "Pelikan" agentliyi ilə müqavilə bağlamasından da xəbərsizəm. Budaq hazırda Portuqaliyadadı və orada başqa sahədə çalışır. O, dostları ilə məşq də edir, qış "transfer pəncərəsi"nin açılmasını gözləyiк"

"Mən Vaqif Heydərlidən şikayətçi ola bilmərəm. Ona yeganə iradım odu ki, gərək o vaxt oğlumu "Sportinq"ə aparanda mənimlə məsləhətləşərdi". Matc.az xəbər verir ki, bu açıqlamanı futbolçu Budaq Nəsirovun atası Hikmət Nəsirov verib.

Hikmət Nəsirov oğlunun meneceri Vaqif Heydərlinin "Sportinq"in hər ay onlara ödədiyi puldan 1500 avronun mənimsəməsi, həmçinin Budaqın Türkiyəyə yollanması barədə feysbukda yazılanları yalanlayıb: "Vaqif Heydərlinin hər ay bizə çatacaq puldan 1500 avronu mənimsəməsi haqda heç bir xəbərim yoxdu. Eləcə də oğlumun guya Türkiyədəki "Pelikan" agentliyi ilə müqavilə bağlamasından da xəbərsizəm. Budaq hazırda Portuqaliyadadı və orada başqa sahədə çalışır. O, dostları ilə məşq də edir, qış "transfer pəncərəsi"nin açılmasını gözləyir. Onun Türkiyə ilə heç bir əlaqəsi yoxdu". futbol+

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest