"Toplanış çərçivəsində ikinci məşqimizi keçirik. Hazırlıq prosesində baş məşqçi rəqiblərimizə qarşı necə oynayacağımızı məşq etdirir. Komandanın qarşısına konkret tapşırıq qoyulub". Matc.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırov deyib.

Dünya çempionatının əsas mərhələsinə hazırlıq çərçivəsində jurnalistlərin önünə çıxan futzalçı hədəflərindən söz açıb.

O, məqsədlərinin uğurlu nəticə qazanmaq olduğunu vurğulayıb: "Araz"la UEFA çempionlar Liqası turnirindəki nəticələrimiz yaxşı olmadı. Turniri 5-6 meydan oyunçusu ilə keçirdik. Dörd gün ərzində ardıcıl 3 oyun keçirdiyimizə görə, yorğunluq var idi. Bakıya döndükdən sonra 3 gün istirahət etdik. İndi hər şey qaydasındadı. Rəqiblərimizdən Slovakiya və Moldova ilə əvvəlki illərdə qarşılaşmışıq, uğurlu nəticələrimiz olub. Bu dəfə doğma meydanda, azarkeşlərimiz qarşısında oynayacağıq. Əlbəttə, yaxşı nəticə qazanmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest