"Karyeramı nə zaman bitirəcəyimi vaxtla biləcəm. Davam edib-etməməyimlə bağlı ilk olaraq özüm deyəcəm". Matc.az xəbər verir ki, bunu "Barselona"nın kapitanı Lionel Messi deyib.

Karyerasında 6-cı dəfə "Qızıl buts" mükafatını qazanan argentinalı superulduz "Marca"ya müsahibəsində maraqlı fikirlər səsləndirib. O, jurnalistin "Kriştianu Ronaldo və Zlatan İbrahimoviç özlərini tərifləyirlər. Siz niyə bunu etmirsiniz" sualını bu cür cavablandırıb: "özümü tərifləməyi deyil, insanların haqqımda danışmalarını üstün tutaram. Mən özüm kiməm, nə etmişəm və nəyə qadir olduğumu yaxşı bilirəm. Lakin bütün bunları özümdə saxlayıram. Kollektivim haqda haqda danışmağı daha çox xoşlayıram".

32 yaşlı futbolçu "Barselona"nı tərk edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb. O, növbəti dəfə Kataloniya klubuna sadiq qalacağını bildirib: "Hər kəsin hədəfləri və təcrübə yığmaq istəyi olur. Amma mənim heç bir halda dünyanın ən yaxşı klubundan ayrılmaq istəyim olmayıb. "Barsa"nı sevirəm".

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqavilə müddəti 2021-ci ilə qədərdi. Klub ona ömürlük sözləşmə təklif etməyə hazırlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest