Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 12-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Qrossaşbax"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməsə də, 60-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
 
Münster klubu 12 turdan sonra 11 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest