Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi "Piterboro Yunayted" klubu da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Qillingem"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Piterboro Yunayted" 14 turdan sonra 24 xalla 24 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest