Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" çexiyanın gənclər liqasında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, sözügedən komanda 11-ci tur çərçivəsində səfərdə "Ştexovitse" ilə qarşılaşıb. 
 
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.
 
"Slaviya"nın U-21 komandası 11 turdan sonra 21 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest