Futbol üzrə İspaniya 2-ci liqasında 12-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Fuenlabrada" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Albasete" hazırda 19 xalla 22 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest