Futbol üzrə Lüksemburq çempionatında 9-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Düdelanj" da növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Fola" ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:2.
 
9 oyuna 10 xal toplayan "Düdelanj" hazırda 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
 
Lüksemburq təmsilçisi ilə "Qarabağ" arasındakı ilk oyun oktyabrın 3-də bu ölkədə baş tutub və Ağdam klubunun 4:1 hesablı qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest