"Barselona" İspaniya La Liqasının 9-cu turunda "Eybar"ı məğub edib. Matc.az xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Kataloniya təmsilçisinin futbolçusu Luis Suares üçün əlamətdar olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
"Eybar"la qarşılaşmada komandasının sonuncu – 3-cü qolunu vuran uruqvaylı hücumçu "Barselona"nın heyətində vurduğu qollarının sayını 184-ə çatdırıb. O, buna 256 oyunda nail olub. Suares, bununla da Kataloniya təmsilçisinin tarixində bombardirlər siyahısında 4-cü yerə yüksəlib.
 
"Barselona" tarixinin bombardiri isə Lionel Messidi. Onun hesabında 605 qol var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest