Bunlar Ceremi Matyö və Markos Akunyadı. Hər iki oyunçu IV turun "Arsenal"la səfər matçından sonra cəzalı duruma düşüb.

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ın rəqibi olan "Sportinq" ciddi itkilərlə üzləşib. Matç.az saytı xəbər verir ki, Portuqaliya klubu Bakıdakı görüşdə iki futbolçunun xidmətindən yararlana bilməyib.

Bunlar Ceremi Matyö və Markos Akunyadı. Hər iki oyunçu IV turun "Arsenal"la səfər matçından sonra cəzalı duruma düşüb.

Akunya turnirdə 3-cü sarı vərəqəsini aldığı üçün növbəti turu buraxacaq. Matyö isə 0:0 hesabı ilə başa çatan qarşılaşmada qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Qarabağ" – "Sportinq" oyunu noyabrın 29-da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest