21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukrayna ilə yoldaşlıq oyunu keçirəcək. Matc.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, Ukrayna ilə Azərbaycanın U-21-i noyabrda yoxlama görüşündə üz-üzə gələcək. Qarşılaşma gələn ayın 19-da Bakıda baş tutacaq.

Qeyd edək ki, Azərbaycanın gənclər yığması buna qədər AVRO-2021-in seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Lixtenşteynlə üz-üzə gələcək. Ukraynalılar isə bundan bir gün sonra Danimarkanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest