"Yuventus"un futbolçusu Kriştianu Ronaldoya ABŞ-dan təklif gəlib. Matc.az xəbər verir ki, ABŞ-ın bir şirkəti portuqaliyalı hücumçunun instaqram hesabını icarəyə götürmək niyyətindədir.

Xəbərdə şirkətin Ronaldoya instaqramının 1 illik icarəsi üçün 100 milyon avro təklif etdiyi bildirilib. ABŞ mətbuatı 34 yaşlı oyunçunun bu təklifi dəyərləndirəcəyini iddia edib.

İnstaqramda 187 milyon izləyicisi olan Ronaldo son bir ildə bu sosial şəbəkədəki reklamlarından 38,2 milyon funt-sterlinq gəlir əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest