Hesabı slovakiyalılar açsa da, ardınca 3 qol vuran qonaqlar yekunda qələbə qazanıb - 3:2. İlk turda Azərbaycan çempionu "Araz"ı 1:0 hesabı ilə məğlub edən Kaunas klubu bununla da qrup qalibi adını rəsmiləşdirib.

Futzal üzrə çempionlar Liqasının əsas mərhələsinin 8-ci qrupunda II tura yekun vurulub. Matç.az saytı xəbər verir ki, günün ikinci qarşılaşmasında meydan sahibi olan Slovakiya "Luçeneç"i Litva "Vitis"i ilə üz-üzə gəlib.

Hesabı slovakiyalılar açsa da, ardınca 3 qol vuran qonaqlar yekunda qələbə qazanıb – 3:2. İlk turda Azərbaycan çempionu "Araz"ı 1:0 hesabı ilə məğlub edən Kaunas klubu bununla da qrup qalibi adını rəsmiləşdirib.

6 xal toplayan Litva çempionu digər komandalar üçün əlçatmaz olub. Bununla da elit-raunda yeganə vəsiqənin sahibi bəlli olub.

Qeyd edək ki, günün ilk oyununda Malta "Valletta"sı ilə heç-heçə (1:1) edən "Araz"ın elit-raund ümidlərini sonuncu turadək qoruması üçün "Luçeneç" – "Vitis" görüşü də bərabərliklə nəticələnməliydi.

1

Vitis

2

2

0

0

4-2

6

2

Luçeneç

2

1

0

1

6-6

3

3

Valletta

2

0

1

1

4-5

1

4

Araz

2

0

1

1

1-2

1

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest