Məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən AFFA tərəfindən həmin futbolçular cərimələnib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılacaq.

AFFA 19 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının ilkin mərhələsinin çexiyada keçirilmiş qrup oyunları müddətində intizam qaydalarını pozan - siqaret çəkən üzvlərini cərimələyib. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən AFFA tərəfindən həmin futbolçular cərimələnib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılacaq.
 
İntizam qaydalarını pozan həmin futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərar baş məşqçi tərəfindən veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest