"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç yenidən İtaliyaya qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Napoli" isveçli forvardın xidmətində maraqlıdı.
Neapol təmsilçisi 38 yaşlı oyunçu ilə artıq təmasa keçib. A seriyası klubu qış fasiləsində azad agent statusu daşıyacaq İbra ilə 6 aylıq müqavilə bağlamaq niyyətindədi. Mövsümün sonunda sözləşmənin müddəti daha 1 il uzadıla bilər.
"Napoli" İbrahimoviçə yarım mövsümlük müqavilə üçün 1,5 milyon avro təklif edib. Ancaq Zlatan özü sözləşmənin 2021-ci ilin yayına qədər olmasını və illik 5 milyon avro maaş verilməsini istəyib.