Avrokubokların qrup mərhələsinin IV turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, çempionlar Liqasının 16, Avropa Liqasının 24 qarşılaşması siyahıda bəzi dəyişikliklərə səbəb olub.

İlk "yüzlük"dəki yeganə klubumuz, Azərbaycan çempionu "Qarabağ"ın mövqeyi dəyişib. Avropa Liqasının səfə qarşılaşmasında "Vorskla"ya 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri xal hesabını artıra bilməyib. çünki qaydalara görə qrupda ən azı 1 qələbə və 1 heç-heçə, ya da 3 heç-heçədən sonrakı xallar aktivə əlavə edilir.

İndi isə aktivində 22,000 xal olan komanda "Lester" (İngiltərə), "Feyenoord"la (Hollandiya) və onlara çatan "Valensiya" (İspaniya) ilə şərikli 64-cü sırada qərarlaşıb. Hesabat turunda qələbə qazanan Zaqreb "Dinamo"su isə "Qarabağ" və şəriklərini 1 pillə geriləməyə vadar edib.

Digər Azərbaycan klublarından "Qəbələ" 163-cü sıraya şərik qalıb. "Neftçi", "Zirə", "Keşlə" və "Kəpəz" isə 273-cü pilləni bölüşür.

İlk "onluq"

1. "Real" (İspaniya) – 137,000

2. "Barselona" (İspaniya) – 124,000

3. "Bavariya" (Almaniya) – 119,000

4. "Atletiko" (İspaniya) – 117,000

5. "Yuventus" (İtaliya) – 113,000

6. "Sevilya" (İspaniya) – 97,000

7. PSJ (Fransa) – 92,000

8. "Mançester Siti" (İngiltərə) – 91,000

9. "Arsenal" (İngiltərə) – 82,000

10. "Porto" (Portuqaliya) – 81,000

 

"Qarabağ"ın rəqibləri

9. "Arsenal" (İngiltərə) – 81,000

34. "Sportinq" (Portuqaliya) – 45,000

146. "Vorskla" (Ukrayna) – 7,340

 

"Qarabağ" və qonşuları

56. "İnter" (İtaliya) – 25,000

57. "Legiya" (Polşa) – 24,500

58. "Dnepr" (Ukrayna) – 24,000

59-60. PAOK (Yunanıstan) – 23,500

"Dinamo" (Zaqreb, Xorvatiya) – 23,500

61-62. "Styaua" (Rumıniya) – 23,000

"Sent-Etyenn" (Fransa) – 23,000

63. BATE (Belarus) – 22,500

64-67. "Valensiya" (İspaniya) – 22,000

 "Qarabağ" (Azərbaycan) – 22,000

"Feyenoord" (Hollandiya) – 22,000

"Lester" (İngiltərə) – 22,000

68. "Qalatasaray" (Türkiyə) – 21,500

69-70. "Leypsiq" (Almaniya) – 21,000

"Genk" (Belçika) – 20,000

Digər Azərbaycan klubları

163-164. "Qəbələ" (Azərbaycan) – 6,250

273-276. "Keşlə" (Azərbaycan) – 3,700

"Neftçi" (Azərbaycan) – 3,700

"Zirə" (Azərbaycan) – 3,700

"Kəpəz" (Azərbaycan) – 3,700

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest