Lakin bu iki oyunçu daha çox matç keçirib. Almeyda 65, Sadiqov 71 matçda 8 qol vurub. Bu üç bombardir ən çox qol vuranlar siyahısında 2-ci yerə şərikdirlər. Onlar yalnız 11 qol vuran Reynaldo Silvadan geri qalırlar. apa

"Qarabağ"ın legioneri Dani Kintana Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçular siyahısında 2-ci yerə şərik olub. Matc.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin III turunun APOEL (Kipr) ilə ev oyununda hesabı açan ispaniyalı 8-ci dəfə fərqlənib. 

Kintana 8-ci qolunu 41-ci matçında vurub. Bununla, ispaniyalı "Qarabağ"dakı komanda yoldaşı Riçard Almeyda ilə Rəşad Sadiqova çatıb.

Lakin bu iki oyunçu daha çox matç keçirib. Almeyda 65, Sadiqov 71 matçda 8 qol vurub. Bu üç bombardir ən çox qol vuranlar siyahısında 2-ci yerə şərikdirlər. Onlar yalnız 11 qol vuran Reynaldo Silvadan geri qalırlar. apa

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest