"Gərgin oyun olacağını bilirdik. Uşaqlar əllərindən gələni etdilər. Yaxşı oynadıq, amma daha yaxşı çıxış etməliyik. Bakıdan xalla döndüyümüz üçün şanslıyıq. Uğur bizimlə oldu. Çox çalışdıq və ilk qolu vurmağı bacardıq".

"Məncə, zədəm ciddi deyil. Bunu həkimlə müzakirə edib görəcəyik. Etiraf edim ki, çox ağrılarım var". Matc.az saytının məlumatına görə, bunu APOEL-in kapitanı Nikolas Yoannu deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olan Kipr klubu Bakını 2:2 hesablı bərabərliklə tərk edib.

Oyunla bağlı ölkəsinin mətbuatına danışan müdafiəçi vurduğu qolun ev tapşırığı olduğunu söyləyib: "Gərgin oyun olacağını bilirdik. Uşaqlar əllərindən gələni etdilər. Yaxşı oynadıq, amma daha yaxşı çıxış etməliyik. Bakıdan xalla döndüyümüz üçün şanslıyıq. Uğur bizimlə oldu. çox çalışdıq və ilk qolu vurmağı bacardıq. Bu, çox önəmli dönüş anı oldu. Yanımızdakı insanların uğura inanmalarını istəyirik. Vurduğum qol üzərində çalışmışdıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest