çempionlar Liqasında qrup mərhələsinin III turunun ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermədə azarkeşlər 4 namizəd arasında seçim edib.

Nəticədə "Mançester Siti"nin hücumçusu Rahim Sterlinq turun ən yaxşısı seçilib. 24 yaşlı oyunçu "Atalanta" ilə qarşılaşmada het-trikə imza ataraq buna nail olub.

Sterlinq digər iddiaçılar Paulo Dibala ("Yuventus"), Aleks Oksleyd-çamberlayn ("Liverpul") və Kilian Mbappeni (PSJ) qabaqlamağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest