"Barselona" mövsümün sonunda heyətini gücləndirmək üçün indidən hərəkətə gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu artıq iki oyunçunu "qaralayıb".

İspanlar Braziliya millisinin üzvləri Rodriqo Kayo və Everton Soaresin mümkün keçidini nəzərdən keçirir. Klubun skautları Libertadores kubokunun yarımfinal mərhələsində "Flamenqo" - "Qremio" (5:0) görüşünü tribunadan canlı izləyiblər. "Flamenqo"nun mərkəz müdafiəçisi Kayo artıq yanvarda İspaniyaya köçə bilər. 26 yaşlı oyunçu hətta ötən ilin dekabrında "Barsa"da tibbi müayinədən də keçmişdi.

"Qremio"nun 23 yaşlı hücumçusu Everton isə mövsümün sonunda La Liqa təmsilçisinə qoşula bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest