"Qalatasaray" Türkiyə Super Liqsının 9-cu turu çərçivəsində qarşılaşacağı "Beşiktaş"la derbi matçına hazırlığı davam etdirir. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi bu oyuna ciddi itkilərlə çıxacaq.
 
Belə ki, "sarı-qırmızılar"ın ulduz futbolçuları Radamel Falkao və Sofiane Fequli hələ də komandadan ayrı hazırlıq keçir. Fərdi məşq edən hər iki futbolçunun qarşıdakı oyuna yetişməsi çətin görünür.
 
Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" matçı oktyabrın 27-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest