Futbol üzrə Portuqaliya çempionatında 8-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Pasuş de Ferreyra" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Rio Ave" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Renat bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, Renat bu yay İngiltərənin "Vulverhempton" klubuna transfer olunsa da, "Pasuş de Ferreyra"ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 5 xalla 18 kollektiv arasında 17-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest