İngiltərə Premyer Liqasının X turunda "Sauthempton"un qonağı olan "Lester" 9:0 hesablı qələbə qazanıb. Matc.az xəbər verir ki, bu, İngiltərə çempionatları tarixinin ən böyükhesablı səfər qələbəsi olub.

131 illik tarix ərzində heç bir elita komandası səfərdə rəqib qapısından 9 cavabsız top keçirməmişdi. ümumilikdə isə "Mançester Yunayted"in rekordu təkrarlanıb. Belə ki, "qırmızı şeytanlar" 1995-ci ildə evdə "İpsviç"i bu hesabla üstələmişdi.

Dünənki qarşılaşmada "Lester"in oyunçuları Ceymi Vardi və Ayose Peres hərəyə 3 dəfə fərqlənib. Bununla "Arsenal"a məxsus 2003-cü ildəki rekord da təkrarlanıb. "Topçular"ın həmin vaxt "Sauthempton"la görüşündə iki oyunçusu (Rober Pires, Cermeyn Pennant) het-trikə imza atmışdı.

Bu, həm də "Sauthempton" tarixinin ən böyükhesablı məğlubiyyəti olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest