Hollandiya millisinin sabiq futbolçusu Rafael van der Vart ölkə çempionu olub. Matc.az saytının məlumatına görə, 36 yaşlı oyunçu "Esbyerq"in ikinci komandasının heyətində Danimarkanın 9-cu liqasını qalib tamamlayıb.

Van der Vartın formasını geyindiyi komanda 4-cü seriyanı hamıdan öndə tamamlayıb. Veteran oyunçu komandası ilə fəxr etdiyini söyləyib: "Yaşlanırıq, amma yenə qalib gəlirik. 4-cü seriyanın qalibi olduğumuz üçün komandamla qürur duyuram".

Qeyd edək ki, Rafael van der Vart futbolçu karyerası ərzində "Ayaks", "Hamburq", "Real", "Tottenhem" və "Betis" kimi klubların formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest