Futbol üzrə Azərbaycan millisinin və "Albasete"nin yarımmüdafiəçisi Eddi İsrafilov İspaniya Sequndasının 13-cü turunda "Kadis"lə oyunun (1:0) ən yaxşılarından olub. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi "tvitter" hesabı məlumat yayıb.

27 yaşlı yarımmüdafəçi həm oyunun qurulmasında, həm də müdafiədə komandasına kömək edib. O, 90 dəqiqə meydanda olaraq 11,39 km məsafə qət edib.
 
"Albasete" 13 turdan sonra 22 xalla 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest