Futbol üzrə Latviya çempionatında 34-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi "Liepaya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Vüqarın sabiq komandası "Dauqavpils"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Vüqar da bu matçın iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 8 qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.
 
"Liepaya" hazırda 35 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest