Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub.

"Gənclərbirliyi" evdə "Dənizlispor"a, "Göztəpə" isə "Kasımpaşa"ya uduzub. "Yeni Malatyaspor" "Kayserispor"la ev oyununda 4 cavabsız qola sevinib.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Mövsümə uğursuz start verən "Beşiktaş" doğma azarkeşləri qarşısında "Qalatasaray"la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri derbidə minimal hesabla qalib gəliblər.

Türkiyə Super Liqası
9-cu tur

25 oktyabr

Rizəspor – Ankaragücü 2:0
Qol: Samudio, 28-pen. Boldrin, 60.

26 oktyabr

Sivasspor – Antalyaspor 2:1
Qol: E.Kılınc, 51. Yatabare, 77 – S.özkan, 83-pen.

Qaziantep – Alanyaspor 1:1
Qol: Kana, 90+1 – Sisse, 33.

Fənərbaxça – Konyaspor 5:1
Qol: Q.Rodriqes, 11. Yorgensen, 14. O.Tufan, 28. L.Qustavo, 78. Muriqi, 82 – S.Aziz, 16-öz qapısına.

27 oktyabr

Yeni Malatyaspor – Kayserispor 4:0
Qol: Donald, 14. Yahoviç, 77-pen. Bifuma, 86. Lunq, 90-öz qapısına.

Gənclərbirliyi – Dənizlispor 0:2
Qol: O.Şahan, 34. Muravski, 90+6-pen.

Göztəpə – Kasımpaşa 1:4
Qol: Hafez, 45+3-öz qapısına – Hayradinoviç, 27. Kuaresma, 51-pen. M.Pektemek, 76. Y.Ərdoğan, 90+2.

Beşiktaş – Qalatasaray 1:0
Qol: U.Nayir, 69.

28 oktyabr

21:00 Başakşəhər – Trabzonspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest