AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Uels yığmasının bir futbolçusu qış fasiləsində klubunu dəyişə bilər. Müdafiəçi Co Rodan Premyer Liqa təmsilçisinin maraq dairəsinə düşüb.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Uels yığmasının bir futbolçusu qış fasiləsində klubunu dəyişə bilər. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, müdafiəçi Co Rodan Premyer Liqa təmsilçisinin maraq dairəsinə düşüb.

Millidə ilk rəsmi görüşünü ötən ay məhz Azərbaycana qarşı keçirən Rodanın təcrübəli Eşli Uilyamsı heyətdən sıxışdırması və artıq klubu ilə yanaşı, həm də millidə müntəzəm oynaması "Şeffild Yunayted" rəhbərliyinin diqqətini çəkib. Bu mövsüm müdafiə xəttində problemlər yaşayan elita təmsilçisi 22 yaşlı oyunçu ilə bunu yoluna qoyacağını düşünür.

çempionşip klubu "Suonsi"nin formasını geyinən Rodan özü də millidəki yerinin möhkəmlənməsi üçün qış fasiləsində Premyer Liqaya yüksəlmək arzusundadı.

Qeyd edək ki, Co Rodan millimizlə noyabrın 16-da Bakıda keçiriləcək qarşılaşmanı zədə səbəbindən buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest