AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb. Matc.az xəbər verir ki, o, qadınlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək  Albaniya - Şotlandiya qarşılaşmasında iş başında olacaq.

Belə ki, noyabrın 8-də "Elbasan Arena"da baş tutacaq matçda Könül Mehtiyeva UEFA nümayəndəsi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest