Futbol üzrə Türkiyə kubokunda 4-cü təsnifat mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi "Altınordu" da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda aşağı liqa təmsilçisi "Amed"lə qarşılaşıb. Ufukun komandası bu oyundan qələbə ilə ayrılıb və növbəti mərhələyə yüksəlib – 3:1.
 
Ufuk bu görüşün iştirakçısı olmayıb. TFF 1-ci liqa oyunlarında əsas heyət üzvü kimi mübarizə aparan Budak kubok görüşündə istirahət edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest