"Barselona"nın kapitanı Lionel Messi İspaniya La Liqasının XI turunda "Valyadolid"lə keçirilən oyunda öz göstəricilərini daha da yaxşılaşdırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz dünənki görüşdə dubla imza atıb.

32 yaşlı oyunçu 34-cü dəqiqədə toru silkələyərək, karyerası ərzində cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırıb. Leo bunun 6-nı Argentina yığmasında, 44-nü isə "Barsa"da reallaşdırıb.

Messi hazırkı baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında ümumi qollarının sayını da 101-ə çatdırıb. Bu isə hələlik ən yaxşı 3-cü göstəricidi. çünki Messi Luis Enrikenin dönəmində (158 oyunda) 153 qol, Pep Qvardiolanın dövründə isə (219 oyunda) 211 qol vurub.

Messi dünənki qarşılaşmada dublla həm də klub karyerasında qollarının sayını 608-ə çatdırıb. O, bunu 695 görüşdə bacarıb. Leo klub karyerası ərzində 813 görüşdə 606 dəfə fərqlənən "Yuventus"un portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu geridə qoyub. Orta məhsuldarlıq Messidə 0,87 qol, Ronaldoda isə 0,75 qoldu. Messi "Santos"un heyətində 643 qola imza atan futbol kralı Peledən cəmi 35 top geri qalır.

Qeyd edək ki, "Valyadolid" üzərində 5:1 hesablı qələbə qazanan "Barselona" liderliyini davam etdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest