"Poltavadakı oyun Bakıdakı qarşılaşmaya bənzəyirdi. İki həftə əvvəl "Vorskla" təşəbbüsü rəqibə verib oyunu əks-hücumlar üzərində qurdu və qapıçının səhvindən qol sevinci yaşadı. Bu dəfə də tam əksi yaşandı. Müdafiəçi Arturun səhvindən sonra təyin olunan penalti ilə 0:1 hesablı məğlubiyyət aldıq". Matç.az saytı xəbər verir ki, bunu "Vorskla"nın sabiq futbolçusu İvan Şariy deyib.

60 yaşlı veteran əvvəl hücumçu, sonra baş məşqçi kimi uğurları üçün çalışdığı Poltava təmsilçisinin Avropa Liqasının IV turunun "Qarabağ"la oyununu (0:1) dəyərləndirib: "Amma qarşıda az qala bütün matç var idi. Bu müddətdə qol vurmaq, qələbə qazanmağa cəhd etmək olardı. Amma qol vurmaq üçün imkanlar yaratmaq lazımdı. Bu istiqamətdə isə problemlər var idi. Yeganə qol imkanı 90+3-cü dəqiqədə künc zərbəsindən sonra Şarparın fərqlənməyə yaxın olduğu vəziyyət oldu".

Şariy "Vorskla"nı hücum futbolu oynamamaqda qınayıb: "Evdə oynayanda müdafiədə oturmaqla rəqibin səhvini gözləmək yox, hücum etmək, rəqib qapısında gərginlik yaratmaq lazımdı. "Qarabağ" səhvsiz oynadı. Biz tam fərqli komanda gördük. Bu, müdafiədə ciddi və dəqiq oynayan, topu ələ keçirəndən sonra sürətli əks hücumlar quran komanda idi. Futbolda topa kim nəzarət edirsə, üstünlük də onda olur. Top Azərbaycan klubunda daha çox olurdu və onlar 2-3 ötürməylə öz cərimə meydançasından rəqibinkinə qədər irəliləyirdi. Belə keçidlərdən birini 61-ci dəqiqədə izlədik. Nəticədə cinahdan ötürmə az qala qolla başa çatacaqdı".

Şariy vaxtilə oynadığı komandanın çatışmazlıqlarını da vurğulayıb: "Vorskla"ya aqressivlik, sürət, topa nəzarət zamanı cəld tərpənmək çatmırdı. Sonra uzun ötürmələrlə müdafiəni yarmağa cəhd etdilər. Amma "Qarabağ"ın müdafiəsi dəqiq oynayıb, bir-birini sığortalayırdı. Onların kollektiv oyunu Poltava təmsilçisi ilə müayisədə yüksək idi. "Vorskla" qələbəyə deyil, ən yaxşı halda heç-heçəyə ümid edə bilərdi. "Qarabağ"da qələbə istəyi daha çox idi və buna da nail oldu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest