"Danni Alves rəhbərliyim altında oynamağın yalnız seksdən yaxşı olduğunu deyib? Mən seksə üstünlük verirəm. Bu, dəqiqdi". Matç.az saytı xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola deyib.

İspaniyalı mütəxəssis vaxtilə "Barselona" rəhbərliyi altında çıxış etmiş Dani Alvesin fikirləri ilə bağlı suala zarafatla cavab verib. Hərçənd, həmkarımız futbolçunun dedikləri ilə bağlı sualı da düzgün ifadə edə bilməyib.

Alves "Barselona" barədə sənədli filmdə "çelsi" üzərində 2009-cu ildəki qələbəni şərhində bu ifadəni işlədib: "Məhz belə anlara görə futbolu sevirik. Bundan yaxşı yalnız seksdi".

Yanlışlıqla qurulan suala cavab verən Qvardiola isə bir sıra futbolçuların onunla çalışmaq istəmədiyini açıqlayıb və isveçli Zlatan İbrahimoviçə də söz atıb: "Bir sıra futbolçuların mənimlə çalışmaq barədə müsbət fikirləri ilə yanaşı bunu istəməyənlərdən ibarət böyük siyahı da var. Onlardan biri İsveçdən, digəri haralardansa idi. Adətən mənimlə çalışmaqdan xoşlanmayanlar oyun praktikası qazanmayanlardı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest