"Neftçi" daha bir layihəyə başlayıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bakılılar dəstək xarakterli "Sevindirdiyiniz Qədər Sevin" layihəsinə start verib.

Layihə çərçivəsində baş məşqçi Roberto Bordin və futbolçular – Emin Mahmudov, Rəhman Hacıyev, Mamadu Mbodj, Anton Krivotsyuk və ömər Buludov Talassemiya Mərkəzində olublar. Komandanın üzvləri talassemiya xəstəliyindən müalicə olunan uşaqlara baş çəkib, onlarla söhbət ediblər. Uşaqlara müxtəlif hədiyyələr verilib.

Qeyd edək ki, Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı və bu xəstəlikdən əziyyət çəkən minlərlə insan var. ölkəmizdə bu problemlə məşğul olan Talassemiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib və fəaliyyət göstərir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest