"Barselona" qış transfer dönəmində heyətində ixtisar aparacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu bir neçə oyunçusunu satmalı olacaq.

Belə ki, klub əvvəldən təsdiqlənmiş illik büdcəyə riayət etmək üçün yanvarda oyunçu satışına əl atmalıdı. La Liqa təmsilçisi gələn il iyunun 30-na qədər bundan 124 milyon avro gəlir götürməlidi.

İspanlar "Bavariya"nın hazırda icarə əsasında oynatdığı Filipp Koutinyonu almaq qərarına gələcəyinə və 120 milyon avroluq transfer məbləğinin bir hissəsini yanvarda ödəyəcəyinə ümid edir. Klub həmçinin yarımmüdafiəçilər İvan Rakitiç və Arturo Vidalın mümkün gedişini də istisna etmir.

Bundan başqa, "Barselona" qış fasiləsində transferlərə yüksək məbləğdə pul xərcləməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest