"Milan"ın sabiq baş məşqçisi Cennaro Qattuzonun işsiz günləri başa çatır. Matc.az saytının "Sky Sport"a istinadən məlumatına görə, gənc mütəxəssis yenidən A seriyasında çalışa bilər.

çünki onun "Udineze"nin "sükanı arxası"na keçmə variantı mövcuddu. Udine klubunun rəhbərliyi "Atalanta" (1:7) və "Roma"ya (0:4) ardıcıl ağır məğlubiyyətlərdən sonra hazırkı çalışdırıcı İqor Tudoru istefaya göndərməyi nəzərdən keçirir. Bu posta ən real namizəd də Qattuzodu. Həmçinin Paskual Marino və Stefano Kolantuono da digər namizədlərdi.

Qeyd edək ki, "Udineze" hazırda 10 xalla A seriyasında 14-cü yeri tutur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest