"Zalsburq"un hücumçusu Erlinq Halandla maraqlanan klubların sayı getdikcə artır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, daha bir nəhəng komanda gənc forvardı heyətinə qatmaq fikrinə düşüb.

"Real" və "Mançester Yunayted"dən sonra "Yuventus" da 19 yaşlı oyunçu uğrunda mübarizəyə qoşulub. Hətta menecer Mino Rayola norveçlinin mövsümün sonunda İtaliya klubuna transferi məsələsi üçün danışıqlara başlayıb. "Qoca sinyora" bu keçidin reallaşması üçün "Zalsburq"a 40 milyon avro təklif etməyə hazırlaşır.

Qeyd edək ki, Erlinq Haland bu mövsüm bütün turnirlərdə 22 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest