Azərbaycan Kubokunda 2019-20 mövsümünün iştirakçı komandaları müəyyənləşib. Matc.az saytının məlumatına görə, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I divizion təmsilçiləri də mübarizə aparacaq.

Belə ki, aşağı liqadan "Zaqatala", "Kəpəz", "Ağsu" və "Qaradağ Lökbatan" ölkə kubokunda iştirak edəcək.

Püşkatma mərasimi noyabrın 13-də saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest