"Qarabağ"ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviç oğlunun növbəti dəfə Bosniya və Heresqovina yığmasına çağırılmamasına münasibət bildirib. Matc.az saytı xəbər verir ki, qolkiperin valideyni feysbuk səhifəsi vasitəsilə buna sərt reaksiya verib.

O, bu qərarın arxasında Bosniya və Herseqovina Futbol İttifaqının prezidenti Elvedin Begiçin durduğunu düşünür. Beqoviç yığmanın baş məşqçisi Robert Prosineçkini isə təlxək adlandırıb: "Asmirin yığmaya dəvət almaması Futbol İttifaqının prezidenti ilə bağlıdı. Bu təlxək isə sadəcə, bir alətdi".

Qeyd edək ki, Asmir Beqoviç sonuncu dəfə ötən ilin oktyabrında milliyə çağrılıb. Bosniya və Herseqovina AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 15-də İtaliya, 18-də isə Lixtenşteynlə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest