Futbol üzrə İran çempionatında 9-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə "Persepolis"lə qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.
 
Təbrizin daha məşhur "Traktor" klubu isə bu tur doğma meydanda "İstiqlal"la qarşılaşacaq.
 
"Traktor" hazırda 17 xalla 16 kollektiv arasında ikinci, "Maşinsazi" 9 xalla 10-cudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest