Futbol üzrə Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Spartak" da bu turnirdə növbəti matçına çıxıb.
 
Moskva təmsilçisi doğma meyanda "Rostov"la qarşılaşıb. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu görüşdən qələbə ilə ayrılıb və 1/4 finala yüksəlib – 2:1.
 
Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Spartak" növbəti mərhələdə paytaxtın digər təmsilçisi çSKA ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest