"İnter"in yarımmüdafiəçisi Stefano Sensi İspaniyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Barselona" İtaliya millisinin üzvünün transferində israrlıdı.

Hətta 24 yaşlı oyunçu ilə danışıqlara start da verilib. Belə ki, Sensinin meneceri Cüzeppe Riso bu gün Barselonaya yollanıb. Onun səfərinin məqsədi klub rəhbərliyi ilə bir araya gəlib, mümkün transferi müzakirə etməkdi.

Riso ilə görüş zamanı Kataloniya klubunun yarımmüdafiəçiləri İvan Rakitiç və Arturo Vidalın əks düşərgəyə yollanması məsələsi də danışılacaq. "Barsa" həmçinin "İnter"in hücumçusu Lautaro Martineslə də maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest