"Napoli"nin baş məşqçisi Karlo Ançelotti cəzalandırılıb. Matc.az xəbər verir ki, A seriyasının X turunun "Atalanta" ilə oyununda (2:2) qırmızı vərəqə alan italyan mütəxəssis 1 oyunluq diskvalifikasiya olunub.

Ançelotti "Atalanta" ilə görüşdə hakimin qərarlarına sərt reaksiya göstərmiş və etiraz etdiyi üçün meydandan qovulmuşdu.

"Napoli" həm də, azarkeşlərinin sözügedən oyunda meydana plastik şüşə atmasına görə 3 min avro cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest