21 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının heyəti açıqlanıb. Matc.az-ın yerli futbol federasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Ruslan Rotan qarşıdakı oyunların heyətini müəyyənləşdirib.

çalışdırıcı Danimarka ilə AVRO-2021-in seçmə mərhələ, Azərbaycanla isə yoldaşlıq görüşü üçün 24 oyunçuya dəvət göndərib.

Qapıçılar: Vladislav Kuçeruk, Ruslan Neşeret (hər ikisi "Dinamo", Kiyev), Oleq Bilik ("Aleksandriya")

Müdafiəçilər: Denis Popov ("Dinamo", Kiyev), Valeri Bondar ("Şaxtyor", Donetsk), Yuxim Konoplya ("Desna"), Yevgeni çeberko ("Zarya"), Vladislav Baboqlo, Timur Steçkov (hər ikisi "Aleksandriya"), Viktor Kornienko, Aleksey Bıkov (hər ikisi "Mariupol"), Boqdan Milovanov ("Sportinq-B", İspaniya), Roman Vantux ("Olimpik")

Yarımmüdafiəçilər: Nikolay Şaparenko, Georgi çitaişvili (hər ikisi "Dinamo", Kiyev), Boqdan Lednev ("Zarya"), Yevgeni Smirnıy ("Kolos"), Maksim çex, Dmitri Topalov, Vladislav Vakula (hamısı "Mariupol"), Axmed Alibekov ("Slovan", çexiya), Sergey Buleça ("Dnepr-1")

Hücumçular: Vladislav Supryaqa ("Dnepr-1"), Nazari Rusin ("Zarya").

Qeyd edək ki, ukraynalılar noyabrın 15-də Lvovda Danimarka, 19-da isə Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest