Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Axmat"la qarşılaşıb. Futbolçumuzun komandası Qroznı təmsilçisi ilə dueldən heç-heçə ilə ayrılıb - 1:1.
 
Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin forvardı sonadək ehtiyatda qalıb.
 
"Dinamo" 15 turdan sonra 15 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest