Futbol üzrə Almaniya Bundesliqasında 10-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

Dortmund "Borussiya"sı Bundesliqada bu mövsüm məğlubiyyət üzü görməyən "Volfsburq"u qəbul edib və darmadağınla qalib gəlib. Münhenqladbax "Borussiya"sı isə səfərdə "Bayer"lə qarşılaşıb və çətin qələbəyə sevinib.

Turun mərkəzi görüşündə "Bavariya" "Ayntraxt"la münasibətlərinə aydınlıq gətirib. Münhen təmsilçisi bu görüşdə böyük hesabla uduzub. "Leyptsiq" isə doğma meydanda "Maynts"ı 8 cavabsız qolla məğlub edib.

Almaniya Bundesliqası
10-cu tur

1 noyabr

Hoffenhaym – Paderborn 3:0
Qol: Skov, 2. Kaderabek, 15. Lokadiya, 25.

2 noyabr

Bayer – Borussiya (Münhenqladbax) 1:2
Qol: Volland, 25 – Vendt, 18. Turam, 42.

Borussiya (Dortmund) – Volfsburq 3:0
Qol: Hazard, 52. Gerrero, 58. Götse, 88.

Ayntraxt – Bavariya 5:1
Qol: Kostiç, 25. Sou, 33. Abraham, 49. Hinteregger, 61. Pasiensiya, 85 – Levandovski, 37.

Leyptsiq – Maynts 8:0
Qol: Sabitser, 5. Verner, 30; 48; 87. Nkunku, 35. Halstenberq, 39. Poulsen, 44. Mukiele, 50.

Verder – Frayburq 2:2
Qol: Raşiça, 9. Gebre Selassie, 59 – Petersen, 28; 90+3.

Yunion – Herta 1:0
Qol: Polter, 90.

3 noyabr

18:30 Fortuna – Köln
21:00 Auqsburq – Şalke

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest